SON DƏQİQƏ

Qalatasaray səfərdə xal itirdi

Tarix:

11-01-2024, 20:57

/ 4 681 dəfə oxundu.
Qalatasaray səfərdə xal itirdi

Türkiyə Super Liqasının 16-cı həftəsinin təxirə salınmış “Sivasspor” - “Qalatasaray” matçı baş tutub.

Yeni 4 Eylül Stadionunda keçirilən qarşılaşmada qalib müəyyənləşməyib.
“Qalatasaray” 45+1-ci dəqiqədə Kerem Demirbayın vurduğu qolla hesabı açıb.
Lakin 86-cı dəqiqədə Fode Koita topu penaltidən tora göndərərək bərabərliyə nail olub 1:1.
Görüşün 90+6-cı dəqiqəsində “cim-bom”lu Kerem Aktürkoğlu ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Bu nəticə ilə xalını 48-ə çatdıran “Qalatasaray” lider “Fənərbaəça”dan 2 xal geriyə düşüb və hazırda 2-ci pillədə qərarlaşıb. Xalı 25-ə yüksələn “Sivasspor” isə turu 10-cu pillədə başa vurub
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ