SON DƏQİQƏ

"Qarabağ"ın oyunu təxirə salındı

Tarix:

18-01-2024, 17:58

/ 4 492 dəfə oxundu.
"Qarabağ"ın oyunu təxirə salındı

Azərbaycan Premyer Liqasının XXIII turunun “Qəbələ”-“Qarabağ” oyunu təxirə salınıb.

Bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Bildirilib ki, “Qarabağ”ın rəsmi müraciəti və “Qəbələ”nin razılıq məktubunu nəzərə alan PFL Əsasnamənin 6-cı maddəsinin 2-ci bəndinə əsasən, ağdamlıların Azərbaycanı UEFA Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə qarşılaşmanı təxirə salıb.
Görüşün hansı tarixdə baş tutacağı ilə bağlı hələ ki, qərar verilməyib. Ancaq klubların əvəzedici heyətləri arasındakı matç təqvimə uyğun şəkildə reallaşacaq.
Qeyd edək ki, XXIII turun digər görüşləri fevralın 17-18-də keçiriləcək.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ