SON DƏQİQƏ

"Qarabağ"ın oyunu təxirə salındı

Tarix:

12-08-2022, 19:28

/ 1 220 dəfə oxundu.
"Qarabağ"ın oyunu təxirə salındı

"Qarabağ"ın səfərdə "Turan Tovuz"a qarşı keçirməli olduğu Azərbaycan Premyer Liqasının III tur matçı təxirə salınıb.

Bu qərar "köhlən atlar"ın Bakıda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə oynayacağı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçına daha yaxşı hazırlaşması ilə əlaqədar qəbul olunub.

PFL, Tovuz klubunun da razılıq məktubuna əsasən, Ağdam təmsilçisinin müraciətinə müsbət cavab verib.

Qeyd edək ki, avqustun 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Viktoriya" matçı saat 20:45-də başlayacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ