SON DƏQİQƏ
» » "Qarabağ"FK Konfrans liqasına vəsiqəni təmin etdi

"Qarabağ"FK Konfrans liqasına vəsiqəni təmin etdi

Tarix:

1-12-2023, 08:20

/ 2 155 dəfə oxundu.
"Qarabağ"FK Konfrans liqasına vəsiqəni təmin etdi

 “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti matçını keçirib.

"Molde" səfərində 2-2-lik bərabərliyə imza atan təmsilçimiz Konfrans Liqasına vəsiqəni təmin etməklə yanaşı, Avropa Liqasının pley-offuna yüksəlmək üçün yaxşı şans əldə edib.
Bu nəticədən sonra xallarının sayını 7-yə yüksəldən “Qarabağ” ikinci pillədəki yerini qoruyub. Eyni xala malik “Molde” isə üçüncü yerdə qalıb.
Qrupun digər oyununda Almaniyanın “Bayer” klubu səfərdə İsveç təmsilçisi “Hekken”i 2:0 hesabı ilə məğlub edib. Almaniya təmsilçisi xallarının sayını 15-ə çatdırıb. "Hekken"in isə xalı yoxdur.
Qeyd edək ki, “Qarabağ” yer aldığı H qrupunda son matçını dekabrın 14-də Bakıda İsveç klubu “Hekken”ə qarşı keçirəcək.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ