SON DƏQİQƏ

Poqba futboldan uzaqlaşdırıldı

Tarix:

17-10-2023, 16:55

/ 1 875 dəfə oxundu.
Poqba futboldan uzaqlaşdırıldı

"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba dopinq ittihamı ilə bağlı müvəqqəti olaraq futboldan uzaqlaşdırılıb.

İtaliya Milli Antidopinq Məhkəməsinin məlumatına görə, Poqbada yüksək səviyyədə testosteron maddəsi müşahidə edilib. Bildirilib ki, Poqba oyunçular arasında təsadüfi seçilib və sınaqdan keçirilib. Poqbanın dopinqdən günahkar olduğu sübuta yetirilərsə, o 2 ildən 4 ilədək diskvalifikasiya edə bilər. Qeyd edək ki, testosteron idmançıların dözümlülüyünü artıran maddədir.

Poqba bununla bağlı əks iddia ortaya qoymalıdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ