SON DƏQİQƏ

Məşhur futbolçunun "başına iş gəlib"

Tarix:

17-03-2022, 08:25

/ 1 812 dəfə oxundu.
Məşhur futbolçunun "başına iş gəlib"

"Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba Çempionlar Liqasının 1/8 finalında "Atletiko” ilə oyun zamanı evinin qarət edildiyini açıqlayıb. Bu zaman onun uşaqları evdə olublar.

Bu barədə P.Poqba tviter hesabında yazıb.

O qeyd edib ki, qarətçilər evdə olan zaman onun övladları yatrımış. Futbolçu bildirib ki, oğrular evdə olan bütün qiymətli əşyaları aparıblar.

Xatırladaq ki, iki oyunun nəticəsinə görə "Mançester Yunayted” "Atletiko Madrid”ə 1:2 hesabı ilə uduzaraq Çempionlar Liqasını tərk edib.

скачать dle 12.1

Şərhlər