
Cəbəllütariqdə "Linkoln" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat ilk oyunu başlayıb.
"Viktoriya" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürüb.
Qeyd edək ki, komandaların cavab matçı iyulun 19-da Bakı Olimpiya Stadionunda olacaq.
***
"Linkoln" və "Qarabağ" oyununda hesab açılıb.
25-ci dəqiqədə meydan sahibləri Kike Qomesin qolu ilə önə çıxıblar.