SON DƏQİQƏ
» » "Qarabağ"- "Frayburq"a məğlub oldu- YENİLƏNİB

"Qarabağ"- "Frayburq"a məğlub oldu- YENİLƏNİB

Tarix:

9-09-2022, 08:14

/ 2 438 dəfə oxundu.
"Qarabağ"- "Frayburq"a məğlub oldu- YENİLƏNİB

Almaniyada UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda üz-üzə gələcək "Frayburq" və "Qarabağ"ın start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Frayburq": 26. Mark Flekken, 3. Filip Linhardt 8. Maksimilian Eggeştayn, 18. Nils Petersen 25. Kiliann Sildillia, 27. Nikolas Höfler 28. Mattias Ginter 29. Çon U Yon, 30. Kristian Günter (k), 32. Vinçentso Qrifo, 42. Ritsu Doan

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev (GK) 2. Qara Qarayev (k) 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges. 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev.

Qeyd edək ki, bu gün "Europa-Park" stadionunda təşkil olunacaq "Frayburq" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

***

"Frayburq" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Görüşü belçikalı Erik Lambrextsin başçılıq erdiyi hakimlər briqadası idarə edir.

***

"Frayburq" matçın 7-ci dəqiqəsində Qrifonun penaltidən vurduğu qolla hesabı açdı: 1-0.

***

Doan matçın 15-ci dəqiqəsində meydan sahiblərinin ikinci qoluna imza atdı: 2-0.

***

39-cu dəqiqədə "Qarabağ"ın oyunçusu Veşoviç fərqi azaldıb: 2-1.

***

"Qarabağ" "Frayburq"a Almaniyada 2-1 hesabı ilə məğlub oldu.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ