
Aprelin 5-də İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin cavab görüşü baş tutub. "Barselona" ilk görüşdə qalib gəldiyi (1-0) "Real Madrid"ə öz meydanında 4-0 məğlub olub. Bu nəticə ilə "Real Madrid" kubokun finalına vəsiqə qazanıb. Qeyd edək ki, "Real Madrid" kubokun finalında "Osasuna" ilə görüşəcək. Oyun mayın 6-da baş tutacaq.