SON DƏQİQƏ

“El-Klassiko”larda 100-cü QƏLƏBƏ

Tarix:20-03-2023, 08:13 Oxunub:2 627

İspaniya La Liqasında XXVI turun oyunları keçirilib.
AvroMedia.az xəbər verir ki, turun bağlanış və mərkəzi matçında lider "Barselona” və ən yaxın izləyicisi "Real” üz-üzə gəlib. "El-Klssiko” Kataloniya klubunun qələbəsi ilə başa çatıb - 2:1.
Matçta hesabı 9-cu dəqiqədə "Real” açıb. "Barselona”nın heyətində Ronald Arauxo avtoqol müəllifi olub. Lakin 45-ci dəqiqədə Serxio Roberto ilə "Barsa” tarazlığı bərpa edib. 90+2-ci dəqiqədə isə Frank Kessye oyunda son nöqtəni qoyub.
Bu, "Barselona”nın rəsmi "El-Klassiko”larda 100-cü qələbəsi kimi tarixə düşüb.
Xallarını 68-ə çatdıran kataloniyalılar liderliyini bir qədər də möhkəmləndirib. Mövsümün sonuna 12 tur qalmış "Barsa” ən yaxın izləyicisi "Real”ı 12 xal üstələyir.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<