
DÇ-2022-nin təşkilat komitəsinin əməkdaşı Əlişir Nikimbaev Qətər əmiri Təmim ibn Həməd Al Taninin Argentina millisinin hücumçusu Lionel Messiyə ənənəvi ərəb paltarı - bişt hədiyyə etməsinin səbəbini izah edib.
O bildirib ki, burada qeyri-adi heç nə yoxdur. Nikimbaev əlavə edib ki, həmin paltar təkcə Messiyə verilməyib:
Qətərlilərin belə bir ideyanı həyata keçirməsi vacib idi. Üstəlik, başqa argentinalıları da soyunub-geyinmə otağında belə paltarlar gözləyirdi. Bilmirəm, futbolçular həmin paltarları istifadə etdilər, ya yox. Amma biştləri mütləq özləri ilə aparıblar".
Qeyd edək ki, Qətər əmirinin, mükafatlandırma zamanı Messiyə bişt geyindirməsi qalmaqala səbəb olub. Məlum olub ki, FİFA-nın Dünya kuboku ilə bağlı qaydalarına əsasən, sözügedən tədbir zamanı futbolçular yalnız komandaya məxsus idman geyimində olmalıdır. Həmin vaxt ali futbol qurumunun prezidenti Canni İnfantino hadisə yerində olsa da, müdaxilə etməyib