SON DƏQİQƏ
» » "Qarabağ" və "Frayburq" oyununun biletləri satışda

"Qarabağ" və "Frayburq" oyununun biletləri satışda

Tarix:

28-10-2022, 12:35

/ 1 671 dəfə oxundu.
"Qarabağ" və "Frayburq" oyununun biletləri satışda

Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunu üçün biletlər satışa çıxarılıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından (11:00-dan 20:00-dək), Iticket.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), Park Bulvardakı "Qarabağ” FK-nın Fan-Şopundan (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərindən (11:00-22:00) əldə etmək mümkündür.

Qeyd edək ki, noyabrın 3-də oynanılacaq "Qarabağ" - "Frayburq" qarşılaşması saat 21:45-də başlayacaq.

скачать dle 12.1

Şərhlər