SON DƏQİQƏ
» » "Qarabağ" - "Viktoriya" matçına nə qədər bilet satılıb?

"Qarabağ" - "Viktoriya" matçına nə qədər bilet satılıb?

Tarix:

15-08-2022, 08:11

/ 1 251 dəfə oxundu.
"Qarabağ" - "Viktoriya" matçına nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ” - "Viktoriya” (Çex Respublikası) matçına bilet satışı davam edir.

İlk gündə 15 min bilet satılıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 15, 30, 50, 75 və 100 manat təşkil edir.

Satış məntəqələri:

- Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);

- Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

- Park Bulvardakı "Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində satılır (11:00-22:00).

Qeyd edək ki, bu gün "Qarabağ”- "Viktoriya” matçına bilet almaq istəyən azarkeşlər problemlə üzləşmişdi. Buna səbəb biletin satışını təşkil edən "İticket" saytının çökməsi olmuşdu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ