SON DƏQİQƏ
» » Azərbaycan Slovakiyanı son dəqiqə qolu ilə məğlub edib

Azərbaycan Slovakiyanı son dəqiqə qolu ilə məğlub edib

Tarix:

23-09-2022, 08:00

/ 1 942 dəfə oxundu.
Azərbaycan Slovakiyanı son dəqiqə qolu ilə məğlub edib

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda üz-üzə gələcək Slovakiya və Azərbaycan milli komandalarının start heyətləri açıqlanıb.

Yığmalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Slovakiya: 1. Marek Rodak, 5. Lübomir Şatka, 7. Kristian Vallo, 8. Laslo Beneş, 9. Robert Bojenik, 14. Milan Şkrinyar, 16. David Qantsko, 17. Martin Reqali, 18. Erik Yirka, 21. Matuş Bero, 22. Stanislav Lobotka

Baş məşqçi: Françesko Kaltsona

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov 11. Ramil Şeydayev 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü

Baş məşqçi: Canni De Byazi

Qeyd edək ki, bu gün Trnava şəhərindəki Anton Malatinski stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

***

Bakı vaxtı ilə saat 22:45-də Azərbaycan - Slovakiya yığmalarının matçı start götürüb.

***

Azərbaycan millisi Slovakiya səfərində görüşün 44-cü dəqiqəsində Renat Dadaşovun qolu ilə hesabı açdı: 0-1.

***

Slovakiya matçın 93-cü dəqiqəsində Jirkanın penaltidən vurduğu qolla hesabı bərabərləşdirsə də, əsas vaxta əlavə edilmiş 5-ci dəqiqədə Höccət Haqverdi millimizə qələbə gətirən qola imza atdı: 1-2.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ