SON DƏQİQƏ

Azərbaycan yığması yenə UDUZDU

Tarix:

10-06-2022, 21:39

/ 1 340 dəfə oxundu.
Azərbaycan yığması yenə UDUZDU

Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

GunAz.az xəbər verir ki, millimiz qrup mərhələsinin üçüncü turunda Slovakiya yığmasını qəbul edib.

"Dalğa Arena”da keçirilən görüşdə yığmamız 0:1 hesabı ilə məğlub olub.

Azərbaycan komandasının start heyətində Şahruddin Məhəmmədəliyev, Cəlal Huseynov, Azər Salahlı, Bəhlul Mustafazadə, Maksim Medvedev, Höccət Haqverdi, Emin Mahmudov, Eddi İsrafilov, Riçard Almeyda, Renat Dadaşov və Ramil Şeydayev yer alıblar.

Slovakiya yığmasında isə meydana Marek Rodak, Peter Pekarik, Vernon de Marko, Martin Valyent, Lübomir Şatka, Tomaş Suslov, Patrik Qoroşovski, Lukaş Qaraslin, Stanislav Lobotka, David Strelets və Albert Rusnak çıxıblar.

Qeyd edək ki, Azərbaycan seçməsi ilk görüşündə səfərdə Qazaxıstana 0:2 hesabı ilə məğlub olub, sonra Serbiyada Belarusla qolsuz heç-heçə edib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ