SON DƏQİQƏ

Bakıda vulkan püskürdü

Tarix:

11-08-2022, 11:39

/ 1 403 dəfə oxundu.
Bakıda vulkan püskürdü

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində palçıq vulkanı püskürüb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Qeyd olunub ki, hadisə avqustun 11-də yerli vaxtla 09:36-da qeydə alınıb.

Baş vermiş vulkanın stansiyalardan gələn dalğaların gəlmə vaxtı əsasında palçıq vulkanının püskürməsinin aktivləşmə dövrü 05:36, dərinliyi h-3, püskürmənin davamlılığı 5dəq. 12san., püskürmə zamanı ayrılan seysmik enerjisi Е=0.6×107 təyin olunub.

Vulkan Gobu, Nardaran, Gala, Gobustan, Şirvan, Qusar stansiyalarda qeydə alınıb

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ