SON DƏQİQƏ
» » Bakıda bədbəxt hadisə- Fəhlə yıxılaraq öldü

Bakıda bədbəxt hadisə- Fəhlə yıxılaraq öldü

Tarix:

31-05-2022, 10:50

/ 1 349 dəfə oxundu.
Bakıda bədbəxt hadisə- Fəhlə yıxılaraq öldü

Mayın 30-u saat 12 radələrində Nərimanov rayonu ərazisində 2001-ci il təvəllüdlü Zülfüqar Qasımzadənin hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Nərmanov rayon prokurorluğu məlumat yayıb.

İlkin araşdırmalarla müəyyən olunub ki, "Zirvə-A” MTK tərəfindən inşa olunan hündürmərtəbəli binanın tikintisində fasad ustası işləyən Zülfüqar Qasımzadə həmin binanın 5-ci mərtəbəsində işləyərkən ehtiyatsızlıqdan yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ