SON DƏQİQƏ
» » Qubada bədbəxt hadisə- Fəhlə yıxılaraq öldü

Qubada bədbəxt hadisə- Fəhlə yıxılaraq öldü

Tarix:

13-08-2021, 16:28

/ 4 312 dəfə oxundu.
Qubada bədbəxt hadisə- Fəhlə yıxılaraq öldü

Avqustun 12-si saat 17:00 radələrində Quba rayon sakini, 1967-ci il təvəllüdlü Elman Abbasovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Quba Rayon Prokurorluğundan verilən məlumata görə, Elman Abbasov fəhlə işlədiyi Quba şəhərində yerləşən Şaving İnşaat MMC-yə məxsus torpaq sahəsində tikilməkdə olan "xeyir-şər evi”nin inşası zamanı yükqaldırıcının mexanizminin pozulması nəticəsində hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ