SON DƏQİQƏ

Qəbələdə qəza oldu- Yaralanan var

Tarix:

11-01-2022, 20:00

/ 2 475 dəfə oxundu.
Qəbələdə qəza oldu- Yaralanan var

Qəbələ rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun, rayonun Zarağan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qəbələ rayon Mıxlıqovaq kənd sakini Qafqaz Qafarlı idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Oğuz rayon Xaçmaz kənd sakini Rafiq Atakişiyevi vurub.

R.Atakişiyev xəsarət alaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər