SON DƏQİQƏ

Oğuzda avtomobil aşdı - Yaralı var

Tarix:

8-11-2021, 22:52

/ 1 406 dəfə oxundu.
Oğuzda avtomobil aşdı - Yaralı var

Oğuzda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

GunAz.az xəbər verir ki, hadisə saat 18:00 radələrində Qaraməryəm Ismayıllı-Şəki avtomobili yolunun Oğuz rayonunun Bucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Oğuz rayonunun Muxas kəndind sakini, 1986-cı il təvəllüdlü Taleh Ərəstun oğlu Məhərrəmov idarə etdiyi "VAZ-21015” markalı 99 OM 540 dövlət qeydiyyatlı nişanlı avtomobillə Şəki rayonu istiqamətindən Oğuz şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən avtomobili yolun sol hissəsindəki çökəkliyə aşırıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücüsü Taleh Məhərrəmov Şəki Rayon Mərkzəi Xəstəxanasına aparılıb.
Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı arasdırma aparılır. APA


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ