SON DƏQİQƏ

Balıq tutmaq istədi- Elektrik cərəyanı vurdu

Tarix:

6-09-2021, 12:43

/ 4 352 dəfə oxundu.
Balıq tutmaq istədi- Elektrik cərəyanı vurdu

Sentyabrın 5-i saat 19 radələrində İmişli rayonu, Aranlı kənd sakini 1985-ci il təvəllüdlü Elşad Zeynalovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə İmişli rayon prokurorluğundan məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, Elşad Zeynalov yaşadığı evin qarşısından keçən su kanalında sonluğu elektrik naqilinə bağlanmış dəmir tor vasitəsilə balıq tutarkən elektrik cərəyanının vurması nəticəsində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər