SON DƏQİQƏ
» » "Azərişıq"ın əməkdaşı faciəvi şəkildə öldü

"Azərişıq"ın əməkdaşı faciəvi şəkildə öldü

Tarix:

16-08-2021, 10:20

/ 4 212 dəfə oxundu.
"Azərişıq"ın əməkdaşı faciəvi şəkildə öldü

Avqustun 14-ü saat 11 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Binəqədi Rayon Prokurorluğ məlumat yayıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, Azərişıq ASC-nin Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin İstismar Şöbəsinin elektrik-montyoru Mütafil Məmmədov qeyd edilən ərazidə elektrik dirəyinə çıxaraq elektrik xəttində təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər