SON DƏQİQƏ
» » Polis tərəfindən saxlanılan şəxsin ürəyi dayandı

Polis tərəfindən saxlanılan şəxsin ürəyi dayandı

Tarix:

13-08-2021, 19:01

/ 4 411 dəfə oxundu.
Polis tərəfindən saxlanılan şəxsin ürəyi dayandı

Ötən gün Mingəçevir şəhərinin Niyazi küçəsində özünü şübhəli aparan şəxs ərazidə xidmət aparan polis əməkdaşlarından qaçmağa cəhd göstərib.

Polis tərəfindən saxlanılan şəhər sakini, 1986-ci il təvəllüdlü Zaur Heydərovun halı qəfil pisləşdiyindən hadisə yerinə təcili yardım çağırılıb.

 

Göstərilən tibbi müdaxilələrə baxmayaraq, Z.Heydərovun ürək-qan damar dövranının pozulması səbəbindən öldüyü bildirilir.

Hazırda iş üzrə Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır, müvafiq ekspertizalar təyin olunub.

Məlumatı saytımıza DİN Mətbuat Xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, Z.Heydərov bir sıra nevroloji xəstəliklərdən əziyyət çəkib, o cümlədən epilepsiya xəstəliyi olub.

скачать dle 12.1

Şərhlər