SON DƏQİQƏ

Türkiyədə ard-arda iki dəfə ZƏLZƏLƏ OLDU

Tarix:

22-07-2021, 08:54

/ 3 447 dəfə oxundu.
Türkiyədə ard-arda iki dəfə ZƏLZƏLƏ OLDU

Egey dənizində ard-arda iki dəfə - 4 və 4.2 bal gücündə zəlzələ olub.

GunAz.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, birinci yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 03:48-də, ikinci isə 04:20-də İzmir şəhərinin Karaburun rayonu sahillərinə yaxın bölgədə baş verib.

Zəlzələlərin ocağı 23.10 kilometr dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

скачать dle 12.1

Şərhlər