SON DƏQİQƏ
» » Bakıda yeniyetmə anasını söyən kişini öldürdü

Bakıda yeniyetmə anasını söyən kişini öldürdü

Tarix:

13-07-2021, 08:26

/ 3 204 dəfə oxundu.
Bakıda yeniyetmə anasını söyən kişini öldürdü

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

GunAz.az xəbər verir ki, hadisə 1-ci mədən 9-cu korpus ərazisində baş verib.

1990-cı il təvəllüdlü Elnar Məmmədov 16 yaşlı yeniyetmə ilə əlbəyaxa dava edib. Bu zaman yeniyetmə bıçaqla E.Məmmədovun boğazından vurub. E.Məmmədov hadisə yerində ölüb.

 

Məlumata görə, mübahisəyə səbəb E.Məmmədovun yeniyetmənin anasının ünvanına nalayiq ifadə işlətməsi olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb.APA

скачать dle 12.1

Şərhlər