SON DƏQİQƏ
» » İran açıqladı: Nüvə obyektindəki qəza terror aktıdır!

İran açıqladı: Nüvə obyektindəki qəza terror aktıdır!

Tarix:

12-04-2021, 08:00

/ 2 779 dəfə oxundu.
İran açıqladı: Nüvə obyektindəki qəza terror aktıdır!

İranın Natanz Atom Elektrik Stansiyasında (AES) qəza baş verib.

GunAz.az xəbər verir ki, bu barədə İran Atom Enerji Təşkilatının sözçüsü Bəhruz Kəmalvəndi deyib.

Onun sözlərinə görə, qəza AES-in elektrik şəbəkəsində olub, insan tələfatı və çirklənmə yoxdur.

Hazırda qəzanın səbəbləri araşdırılır.

***

İranın Natanz nüvə obyektindəki qəza şübhəlidir və xarici qüvvələrin sabotajına bənzəyir.

Bunu İran parlamentinin deputatı Malik Şəriəti Niyasər Tvitter hesabında yazıb.

"Milli atom texnologiyaları günündə və İranın Qərbin sanksiyaları ləğv etməsinə çalışdığı bir vaxtda baş verənlər ciddi sabotaj şübhəsi oyadır. Bu gün Məclisdə bunun detalları müzakirə olunacaq”, - Niyasər bildirib.

***

Natanz nüvə obyektində elektrik şəbəkəsindəki qəza terror aktı nəticəsində baş verib.

Bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib.

Qəza nəticəsində Natanz AES-in sözçüsü Bəhruz Kəmalvəndi xəsarət alıb. Hazırda onun vəziyyətinin stabil olduğu deyilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ