SON DƏQİQƏ

İran nüvə proqramını bərpa etdi

Tarix:

6-06-2018, 08:32

/ 10 276 dəfə oxundu.
İran nüvə proqramını bərpa etdi

İran hökuməti uran zənginləşdirmə səviyyəsini qaldırmağa başladığı haqda Beynəlxalq Atom Enerji Agentliyini (BAEA) bildiriş göndərib.

Gunaz.az TASS-a istinadən xəbər verir ki, bunu İranın Atom Enerji Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.

“Ötən gün biz BAEA-nə məktub göndərmişik. Həmin məktubda nüvə proqramı kontekstində işlərin başlandığını qeyd etmişik. Agentlik bu gün məktubu qəbul edib. Ona görə, bu gündən etibarən prakitiki addımlara başlayırıq” – deyə Salehi bildirib.

Onun sözlərinə görə, İran yaxın zamanda Natanz şəhərində yeni sentrifuqaların istehsalı üzrə mərkəz açmaq niyyətindədir.

Xatırladaq ki, bir neçə həftə əvvəl ABŞ-ın İranla Vyanada bağlanmış nüvə sazişindən çıxmasından sonra Tehran uranın əvvəlki səviyyələrdə zənginləşdirilməsini bərpa edəcəyini xəbərdar etmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ