
Bakıda ağır yol qəzası baş verib.
Binəqədi rayonunda BMV markalı minik avtomobili aşıb.
Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri və 1994-cü il təvəllüdlü Şahin Gülverdi oğlu Mədətovun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.































