SON DƏQİQƏ

Avtomobilini baş nazirin İQAMƏTGAHINA ÇIRPDI

Tarix:

11-03-2021, 08:09

/ 5 532 dəfə oxundu.
Avtomobilini baş nazirin İQAMƏTGAHINA ÇIRPDI

Kanadada avtomobilini ölkənin baş naziri Castin Tryudonun iqamətgahının qapısına çırpmış Kori Xaren adlı şəxs azadlıqdan 6 il müddətinə məhrum edilib.

Bu barədə Report CBC-yə istinadən xəbər verir.

Bundan başqa, Kori Xarrenə ömürlük odlu silah gəzdirmək qadağan edilib.

Məlumata görə, Xarren törətdiyi hadisədə özünü təqsirkar bilib. Onun iqamətgaha vurduğu zərər 79 min ABŞ dolları məbləğində qiymətləndirilir

Hadisə ötən ilin 2 iyulunda baş verib. Xarren avtomobili ilə Rido-Xollda kompleksin qapılarını zədələyib. Qeyd edək ki, Baş nazir Tryudonun evi burdadır.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ