SON DƏQİQƏ

Qazimiz yol qəzasına düşdü

Tarix:

11-03-2021, 08:00

/ 3 539 dəfə oxundu.
Qazimiz yol qəzasına düşdü

Biləsuvar-Bəhramtəpə avtomagistralının Səmədabad kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

GunAz.az xəbər verir ki, hərəkətdə olan minik maşını idarəetməni itirərək, yol kənarındakı mağazaya çırpılıb.

İlkin məlumata görə, qəzaya yük maşınının qəflətən minik avtomilinin hərəkət zolağına çıxması səbəb olub.

Qəzada ciddi bədən xəsarətləri alan "Mercedes” markalı minik avtomobilinin sürücüsü, İsmətli kənd sakini, 1989-cu il təvəllüdlü Vüsal Mirzəxan oğlu İbayev və sərnişinlərindən İsmətli kənd sakini Vüqar Əliheydər oğlu İbayev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, həkim nəzarətindədirlər.

Qeyd edək ki, Vüsal İbayev Vətən müharibəsi qazisidir.Qzfqazinfo


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ