SON DƏQİQƏ

Bir ailə məhv oldu-SƏBƏB

Tarix:

24-12-2020, 08:53

/ 6 908 dəfə oxundu.
Bir ailə məhv oldu-SƏBƏB

ABŞ-ın Kentukki ştatının Meyfild şəhərində arvadının ona xəyanət etdiyini öyrənən kişi bütün ailə üzvlərini öldürüb və intihar edib.

Bu barədə "Daily Mail” xəbər verir.

Belə ki, 41 yaşlı Kayl Milliken "Facebook” səhifəsində evlilik problemləri barədə yazıb:

 

"Uşaqlar hər şeydir və qadınlar gəldi-gedərdir. Əgər o bədbəxtdirsə, sən onu xoşbəxt edə bilməzsən! Gec-tez bu baş verir, amma birini seçib onunla illərlə maraqlandığınızda və yenə də sizə xəyanət edəndə nə edərsiniz? Yalnız bir nəfər həqiqətən nə olduğunu bilir”.

Milliken oğullarını hədsiz dərəcədə sevdiyini və həmişə onlara daha yaxşı bir gələcək təmin etməyə çalışdığını vurğulayıb. O, yazıya uşaqlarının 80 fotoşəkilini də əlavə edib.

Bundan yeddi saat sonra əyalət polisi çağırışa gedib. Polis Kaylın, 35 yaşlı həyat yoldaşı Eşlinin və oğulları - 13 yaşlı Kjay və 8 yaşlı Kaikonun cəsədlərini tapıb.

Yerli keşiş Çad Lamb Millikenlərin əməksevər və hörmətli bir ailə olduqlarını, ölüm xəbərlərinin onu şoka saldığını deyib.

Bir ailə məhv oldu-SƏBƏB

 



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ