SON DƏQİQƏ

Sumqayıtda idarə rəisi koronavirusdan öldü

Tarix:

10-12-2020, 10:09

/ 4 576 dəfə oxundu.
Sumqayıtda idarə rəisi koronavirusdan öldü

Sumqayıtda idarə rəisi yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

Sumqayıt Sukanal İdarəsinin rəisi İlqar Abdullayevə bir müddət öncə koronavirus diaqnozu qoyulub.

Aparılan müalicə tədbirlərinə baxmayaraq vəziyyəti pisləşən İ. Abdullayev Bakıda xəstəxanalardan birində 58 yaşında vəfat edib.

Qeyd edək ki, İ.Abdullayev 2019-cu ilin martından Sumqayıt Sukanal İdarəsinin rəisi vəzifəsində çalışırdı.

скачать dle 12.1

Şərhlər