SON DƏQİQƏ
» » Qəzəbli ayı dörd nəfəri öldürüb, üç nəfəri yaraladı

Qəzəbli ayı dörd nəfəri öldürüb, üç nəfəri yaraladı

Tarix:

9-12-2020, 08:43

/ 6 468 dəfə oxundu.
Qəzəbli ayı dörd nəfəri öldürüb, üç nəfəri yaraladı

Hindistanın Çxattisqarx ştatının Andjvaxi kəndinin sakinləri qəzəbli ayının hücumuna məruz qalıblar.

"Xinhuanet” nəşri xəbər verir ki, nəticədə dörd nəfər ölüb və üç nəfər yaralanıb.

 

Belə ki, axşam saatlarında bir qrup kəndli yabanı bitki toplamaq üçün meşəyə gedib. Orada onlara vəhşi ayı hücum edib.

Hücum yerli sakinlər arasında çaxnaşma yaradıb. Hadisədən sonra ayını qovmaq üçün meşə zabitləri və polis bu əraziyə göndərilib.

Vəhşi təbiəti qoruma rəsmiləri bildiriblər ki, insanların meşədə olduğu zaman ayılar özlərini təhlükəsizlikdə hiss etmədikləri üçün onlara hücum edirlər.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ