Göyçayda yanğın hadisəsi baş verib.
GunAz.az xəbər verir ki, hadisə bu gün saat 17:30 radələrində rayonun Çayarxı kəndində qeydə alınıb.
Kənd sakini İsmayılov Ənvər Nuğay oğluna aid ümumi sahəsi 336 kvadratmetr olan evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Evin 146 kvadratmetrlik hissəsi yanıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.