SON DƏQİQƏ
» » Qadın sürücü sərxoş vəziyyətdə qəza törətdi

Qadın sürücü sərxoş vəziyyətdə qəza törətdi

Tarix:

30-12-2019, 09:21

/ 1 476 dəfə oxundu.
Qadın sürücü sərxoş vəziyyətdə qəza törətdi

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Oxu.Az xəbər verir ki, hadisə Yüsif Səfərov küçəsində baş verib.

Hərəkətdə olan “Kia” markalı avtomobilin sürücüsü Qasımova Heyranə idarəetməni itirərək yol kənarında dayanmış VAZ 2107 markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində “Jiquli”də olan bir nəfər şəxs xəsarət alıb. Xanım sürücü isə yol polis əməkdaşları tərəfindən alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ