SON DƏQİQƏ

Bakıda tanınmış rəqqasə həbs edildi

Tarix:

25-11-2019, 08:00

/ 1 380 dəfə oxundu.
Bakıda tanınmış rəqqasə həbs edildi

Bakıda oğurluq etmiş rəqqasə barəsində cinayət işi açılıb.

GunAz.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsində N.Nəsirzadə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, yəni, oğurluq – qabaqcadan əlbir olan şəxslər tərəfindən törədildikdə maddəsi ilə iş açılıb. İş üzrə 2 nəfər zərərçəkən şəxs qismində tanınıb. Onlardan biri kişi, digəri isə qadındır.

Artıq polisdə açılan işin materialları Nəsimi Rayon Məhkəməsinə göndərilib və hakim Şəlalə Həsənovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 3-də keçiriləcək.

Qeyd edək ki, oğurluqda şübhəli bilinərək tutulan N.Nəsirzadə tanınmış rəqqasədir və bir sıra beynəlxalq tədbirlərdə iştirak edib.Yenisabah.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ