SON DƏQİQƏ
» » Həbsdə qalan Fədayə Laçın: "Bir uşağım var, anam da xəstədir"

Həbsdə qalan Fədayə Laçın: "Bir uşağım var, anam da xəstədir"

Tarix:

13-12-2017, 16:25

/ 934 dəfə oxundu.
Həbsdə qalan Fədayə Laçın: "Bir uşağım var, anam da xəstədir"

Müğənni Fədayə Laçının məhkəməsi başlayıb. İşə Nəsimi Rayon Məhkəməsində baxılır.  Fədayə Laçının məhkəmədən ev dustaqlığına buraxılmasını istəyib. Vəkili Türkel Süleymanlı bildirib ki, bu barədə məhkəməyə vəsatət veriblər, amma məhkəmə vəsatəti təmin etməyib.
Qərardan apellyasiya şikayəti verəcəklərini deyən vəkil söyləyin ki, müvəkkili istintaqa dəvət ediləndə özü gedib və həbsdə saxıanılması əsassızdır: "Fədayə Laçın özü də dedi ki, 3 dəfə istintaqın çağırışına gedib. Bundan sonra da gedəcək. O, istintaqdan yayınmayıb və nə də gizlənməyib. 1 uşağı olduğunu, anasının xəstə olduğunu dedi". 
Vəkil Fədayə Laçının hepatit C xəstəliyindən əziyyət çəkdiyini söyləyib.
F.Laçın məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilir.
Qeyd edək ki, bu il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Fədayə Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilir.
Xatırladaq ki, Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan dustaqlar Əli Ağami və Etibar Məmmədov qaçmışdı. E.Məmmədov saxlanılan zaman atışmada ölüb. Əli Ağami isə saxlanılıb.
Öldürülən E.Məmmədovla sevgili olan F.Laçın ittihamları qəbul etmir.(Musavat.com)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ