SON DƏQİQƏ

Gəmiqayırma zavodunda partlayış baş verib

Tarix:

6-04-2019, 21:48

/ 10 303 dəfə oxundu.
Gəmiqayırma zavodunda partlayış baş verib

İranın Bəndər-Abbas limanı yaxınlığında gəmiqayırma zavodunda baş verən partlayış nəticəsində 3 nəfərin öldüyü bildirilir.

AZƏRTAC “Fardanews” saytına istinadla xəbər verir ki, Bəndər-Abbas limanından 37 kilometr aralıda yerləşən gəmiqayırma zavodunda bilinməyən səbəblərdən partlayış baş verib. İnsident zamanı burada işləyən İranın müdafiə sənayesi əməkdaşlarından ən azı 3 nəfəri həlak olub. Zavodda olan sualtı qayıqdakı üç batareya da partlayıb.

IRIB telekanalının saytında yerləşdirilən xəbərdə bildirilib ki, Bəndər-Abbas limanı yaxınlığındakı Şəhid Dərvişi gəmiqayırma zavodunda sualtı qayığın batareyalarının partlaması nəticəsində “Müdafiə Nazirliyinin üç əməkdaşı şəhid olub”.

İranın Müdafiə Nazirliyi insidentlə bağlı rəsmi məlumat yaymayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ