SON DƏQİQƏ

İranda partlayış - 4 ölü, 9 yaralı

Tarix:

9-02-2017, 22:53

/ 6 365 dəfə oxundu.
İranda partlayış - 4 ölü, 9 yaralı

 İranın Bəndər Abbas şəhərində baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

Bəndər Abbas Yanğınsöndürmə İdarəsindən bildirilib ki, partlayış İranın Kənd Təsərrüfatı Nazirliyinə məxsus Araşdırma Mərkəzində, yerin 20 metr dərinliyində baş verib.

Hadisə Bəndər Abbas şəhərinin Kulğan bölgəsində baş verib. KİV-lərin məlumatına görə, hadisə nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

İlkin məlumata görə, partlayışa səbəb elektrik naqillərində qısaqapanma olub. Bildirilir ki, elektrik naqillərindən çıxan qığılcım qazı alışdırıb və nəticədə partlayış baş verib. (apa)

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ