SON DƏQİQƏ

Peterburqda zavodda partlayış oldu

Tarix:

19-10-2018, 18:35

/ 10 448 dəfə oxundu.
Peterburqda zavodda partlayış oldu

Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığında Qatçinada pirotexnika zavodunda partlayış baş verib.

GunAz.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, partlayış “Avanqard” zavodunda meydana gəlib. Binada 5 nəfər olub. 2 nəfər dağıntıların altından çıxarılıb.

Rusiyanın Fövqəladə Hallar Nazirliyi partlayışın texniki səbəblərdən baş verdiyini, zavod binasının isə qismən dağıldığını açıqlayıb. Hazırda hadisə yerində yanğınsöndürənlər briqadası işləyir.

скачать dle 12.1

Şərhlər