SON DƏQİQƏ
» » Almaniyada zavodda partlayış baş verib, yaralılar var

Almaniyada zavodda partlayış baş verib, yaralılar var

Tarix:

16-03-2018, 20:55

/ 10 287 dəfə oxundu.
Almaniyada zavodda partlayış baş verib, yaralılar var

Almaniyanın Brandenburq federal torpağında silah-sursatın zərərsizləşdirilməsi zavodunda partlayış baş verib.

Gunaz.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər yüngül yaralanıb, daha bir nəfər isə itkin düşmüş sayılır.

İlkin məlumata əsasən, partlayış binalardan birinin bir hissəsini zədələyib.

Müəssisənin ətrafındakı ərazi mühasirəyə alınıb.

“Sueddeutsche Zeitung” qəzetinin verdiyi xəbərə görə, zavodda ən azı bir partlayış baş verib. Onun ardından isə yanğın başlayıb.

Partlayışların təkrarlanmasından ehtiyatlanan xilasdicilər hələlik binaya daxil ola bilmirlər. Zavodun işçiləri iş yerlərini tərk edə biliblər. Yaxınlıqda yerləşən uşaq bağçası da təxliyyə edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ