SON DƏQİQƏ
» » Rusiya açıqladı: Orxan Camalı kimlər öldürdü – Video

Rusiya açıqladı: Orxan Camalı kimlər öldürdü – Video

Tarix:

12-01-2019, 11:16

/ 10 272 dəfə oxundu.
Rusiya açıqladı: Orxan Camalı kimlər öldürdü – Video

Mərkəzi Afrika Respublikasına sənədli film çəkilişi üçün gedən rusiyalı jurnalistlər silahlı quldur qrupu tərəfindən qarət edilərkən öldürülüblər.

GunAz.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko deyib.

“30 iyul 2018-ci ildə jurnalistlər Banqi şəhərindən Sibyu şəhərinə yola çıxıblar və həmin günün axşamı şəhərə çatıblar. Çıxış postundan Mərkəzi Afrika Respublikasının hərbçiləri onlara yaşayış məntəqəsində gecələməyi təklif edib və gecə səfərinin təhlükəli olacağı ilə bağlı xəbərdarlıq ediblər. Rusiyalılar vaxtlarının az olduğunu deyib, yola düşüblər. Gecə vaxtı hərbi patrul dəstələri belə çoxsaylı quldur dəstələri ucbatından ölkə ərazisində hərəkətə üstünlük vermir. Sibyu şəhərinin 23 kilometrliyində yerləşən Kpaku kəndində avtomobil ərəbcə danışan qaradərili silahlı şəxslər tərəfindən saxlanılıb. Hücum edən şəxslər onların maşından çıxmasını əmr edib və onlardan foto və videoaparatlarını tələb ediblər. Bundan imtina etdikdən sonra jurnalistlər müqavimət göstəriblər və şəxsiyyəti müəyyən edilməyən şəxslər tərəfindən atəşə məruz qalıblar. Bundan sonra sürücü hücum edənlərin diqqətinin yayınmasından istifadə edərək, avtomobillə hadisə yerini tərk edib”, – deyə o bildirib.

скачать dle 12.1

Şərhlər