SON DƏQİQƏ
» » Öldürülən jurnalistlərin nəşi Rusiyaya göndəriləcək

Öldürülən jurnalistlərin nəşi Rusiyaya göndəriləcək

Tarix:

3-08-2018, 14:39

/ 10 253 dəfə oxundu.
Öldürülən jurnalistlərin nəşi Rusiyaya göndəriləcək

Mərkəzi Afrika Respublikasında qətlə yetirilən jurnalistlərin nəşi bu gün Rusiyaya göndəriləcək.

GunAz.az  bildirir ki, bu barədə Rusiyanın Mərkəzi Afrika Respublikasındakı səfirliyi məlumat verib.

Səfirliyin məlumatına əsasən, çəkiliş qrupu üzvlərinin texnikası və sənədləri hələ də tapılmayıb. Afrikaya rusiyalı müstəntiqlərin nə vaxt göndəriləcəyi də hələ dəqiqləşməyib. Məsələ müzakirə edilir.

Qeyd edək ki, 30 iyul tarixində Mərkəzi Afrika Respublikasında Orxan Camal, Kirill Radçenko və Aleksandr Rastorquyev qətlə yetirilib. Hər üç jurnalist Mixail Xodorkovskinin “Mərkəzi Tədqiqatlar İdarəsi”nin əməkdaşı olub. Jurnalistlər Afrikada sənədli film çəkilişləri ilə məşğul olublar. Sonuncu dəfə onlarla bazar günü əlaqə qurulmuşdu.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ