SON DƏQİQƏ
» » Azərbaycanlı jurnalistin qətli ilə bağlı sensassiyalı gəlişmə

Azərbaycanlı jurnalistin qətli ilə bağlı sensassiyalı gəlişmə

Tarix:

1-08-2018, 17:40

/ 10 279 dəfə oxundu.
Azərbaycanlı jurnalistin qətli ilə bağlı sensassiyalı gəlişmə

Mərkəzi Afrika Respublikasında (MAR) öldürülən 3 rusiyalı jurnalistlə bağlı ilginc məqamlar üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, Ukrayna KİV azərbaycanlı jurnalist Orxan Camalın da aralarında olduğu media nümayəndələrinin siyasi sifariş əsasında öldürüldüyünü iddia edib.

Ukraynalı mənbələr bu sifarişin Rusiya Prezidenti Vladimir Putin tərəfindən gəldiyini də iddia edirlər.

İstintaq Nəzarəti Mərkəzi (TsUR) adıyla internet üzərindən yayımlanan Rusiya informasiya agentliyinin əməkdaşları olan jurnalistlərin “ÇVK Wagner” adlandırılan Rusiya xüsusi təyinatlıları barədə sənədli film çəkmək üçün MAR-a göndərildikləri bildirilir.

“Reuters” isə “Wagner” qrupunun Ukrayna və Suriyada məxfi hərbi əməliyyatları yerinə yetirdiyini iddia edir. “Wagner”in yeni fəaliyyətə başladığı ölkələrdən biri isə MAR-dır. Qrup Mərkəzi Afrika Respublikasında ölkə başçısı Faustin Taderanın başçılıq etdiyi hakimiyyətə qarşı döyüşən silahlı qruplaşmalara qarşı keçirilən hərbi əməliyyatlarda iştirak edir.

Qeyd edilir ki, bununla bağlı anlaşma Faustin Tadera və Vladimir Putin arasında keçən il Moskvada əldə edilib.

Jurnalistlərin çalışdıqları agentliyə gəlincə, TsUR Rusiyanın keçmiş “neft kralı”, oliqarx Mixail Xodorovski tərəfindən maliyyələşdirilir. Hələ də Rusiya xaricində yaşayan Xodorovski Putinə qarçı ən radikal müxalifətçilərdən biri kimi tanınır.

Qeyd edək ki, TsUR bundan əvvəl Putinə yaxın adamların korrupsiya əməlləri ilə bağlı araşdırma materialı yayımlamışdı.

Xatırladaq ki, Rusiyada müxalif fikirləri ilə tanınan azərbaycanlı jurnalist Orxan Camal, sənədli filmlərin müəllifi Kiril Radçenko və operator Aleksandr Rastarquyev iyulun 31-də MAR-da silahlı hücum zamanı öldürülüb.

Hadisənin baş verdiyi Sibut qəsəbəsinin bələdiyyə şefi Henri Depele hadisədən yalnız sürücünün sağ çıxdığını bildirib.

Sürücünün iddiasına görə, bir qrup şəxs gizləndiyi kolun arasında çıxaraq gözlənilmədən avtomobili döyüş avtomatlarından atəşə tutub. MAR rəhbərliyi qətlin qarət məqsədilə törədildiyini bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ