SON DƏQİQƏ
» » Putin Rusiyanın super-ağır raketlərindən danışdı

Putin Rusiyanın super-ağır raketlərindən danışdı

Tarix:

12-04-2018, 18:38

/ 10 245 dəfə oxundu.
Putin Rusiyanın super-ağır raketlərindən danışdı

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin super-ağır raket sınaqları keçirmək barədə planlarından danışıb.

Gunaz.az xəbər verir ki, bu barədə “İnterfaks” informasiya yayıb.

Rusiya Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində iştirakı çərçivəsində “Kosmos” pavilyonuna baxış keçirən ölkə başçısı bu tip raketlərin sınaqlarına artıq 10 ildən sonra başlanılacağını qeyd edib. Onun sözlərinə görə, raket sınaqlarını həyata keçirmək üçün mütləq şəkildə “Vostoçnı”kosmodromunda xüsusi buraxılış kompleksi inşa etmək tələb olunur.

“Planlaşdırırıq və yaxın vaxtlarda işlərə başlanılacaq. Ağır raketlər üçün artıq fəaliyyətə başlamışıq. İndi isə super ağır raketlər üçün hərəkətə keçmək lazımdır”, – Putin bildirib.

Ölkə başçısı eyni zamanda raketin yaradılması və buraxılış meydançasının tikintisi ilə bağlı işlərin paralel şəkildə həyata keçiriləcəyini açıqlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ