SON DƏQİQƏ

Trampla Putin dünyanı bölüşdürüb: İDDİA

Tarix:

21-07-2018, 08:10

/ 10 228 dəfə oxundu.
Trampla Putin dünyanı bölüşdürüb: İDDİA

Rusiya lideri Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp Helsinkidə dünyanın yenidən bölüşdürülməsi ilə bağlı addım atdı. 

GunAz.az Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə ukraynalı jurnalist Vladimir Skaçko çıxış edib.

O bildirib ki, bu görüş şərti olaraq “Yalta – 2” adlandırılır.

Jurnalistin sözlərinə görə, bu ifadə ilk dəfə finlandiyalı həmkarları tərəfindən dilə gətirilib.

Skaçko ABŞ-ın öz maraqları naminə Putinlə barışıq əldə edəcəyini də istisna etməyib: “Mən şəxsən insanların bir-birilərini çiynəmə fürsəti olduğunda həmfikir olacağına inanmıram. Mən geopolitik sədaqətə də inanmıram. Çünki peşəkar tarixçi kimi bunu görməmişəm, indi də görmürəm və düşünmürəm ki, başqasının hesabına nə isə əldə etməyin mümkünlüyünü düşünən zehniyyət razılığa gedəcək”.

скачать dle 12.1

Şərhlər