SON DƏQİQƏ

Tramp Putinlə bunları müzakirə ediləcək

Tarix:

30-06-2018, 08:47

/ 10 315 dəfə oxundu.
Tramp Putinlə bunları müzakirə ediləcək

ABŞ prezidenti Donald Tramp Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinlə görüşündə müzakirə ediləcək məsələlərdən danışıb.

GunAz.az-ın məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

Ağ Ev rəhbəri bildirib ki, o, rusiyalı həmkarı ilə Suriyada və Ukraynada yaranmış vəziyyəti, həmçinin 2016-cı ildə Amerikada keçirilmiş seçkilərə Rusiyanın müdaxiləsi məsələlərini müzakirə etmək niyyətindədir.

"Ukrayna, Suriya, seçkilər...Biz istəmirik ki, kimsə seçkilərimizə müdaxilə etsin" – deyə Tramp bildirib.

Qeyd edək ki, Putinlə Trampın görüşü Helsinkidə, iyulun 16-da keçiriləcək. Dövlət başçıları görüşdə ikitərəfli münasibətlərin inkişafı və beynəlxalq, aktual məsələləri qaldırmaq niyyətindədirlər. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ