SON DƏQİQƏ
» » Tramp Putinlə görüşün tarixi və yerini açıqladı

Tramp Putinlə görüşün tarixi və yerini açıqladı

Tarix:

28-06-2018, 14:01

/ 10 251 dəfə oxundu.
Tramp Putinlə görüşün tarixi və yerini açıqladı

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə “təxminən” Avropaya səfər zamanı görüşəcək.

GunAz.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidentinin özü bildirib.

Amerika lideri əlavə etdi ki, danışıqlar NATO-nun sammitindən (NATO-nun növbəti sammiti iyulun 11-12 Belçikanın paytaxtı Brüsseldə keçiriləcək – red.) sonra reallaşa bilər. Görüşün Helsinkidə keçiriləcəyi istisna edilmir.

Trampın sözlərinə görə, o Rusiya prezidenti ilə Suriya və Ukrayna məsələlərini müzakirə etmək niyyətindədir.

Xatırladaq ki, iyunun 27-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Moskva və Vaşinqtonun iki ölkənin liderlərinin görüşünün keçirilmə yeri və tarixini uyğunlaşdırdığını bildirib. Onun sözlərinə görə, təfərrüatlar iyulun 28-də elan ediləcək.

“Bu məsələ aramızda bağlı kanallar üzrə çoxdan müzakirə edilir. Deyə bilərəm ki, sammitin keçirilməsi, hətta onun vaxtı və yeri haqqında razılıq əldə olunub. Razılaşmanı amerikalı həmkarımızla birgə sabah elan edəcəyik”, - o, jurnalistlərə deyib.

Uşakov dəqiqləşdirib ki, görüş üçüncü ölkədə keçəcək.

Bazar günü Avstriyanın “Kronen Zeitung” qəzeti bildirib ki, mümkün sammitin keçirilmə yer Vyana ola bilər. Daha sonra məlumatlı mənbələrə istinadən “Politico” nəşri görüş yeri kimi Helsinkinin adını çəkib.

Moskva və Vaşinqtonda bu informasiyaları hələ şərh etməyiblər.

ABŞ-ın Hadson İnstitutunun Hərbi-siyasi analiz Mərkəzinin direktoru Riçard Vays hesab edir ki, qarşıdakı sammitdən sıçrayış gözləmək lazım deyil. Ekspert hesab edir ki, Amerika prezidenti faktiki olaraq “Rusiya işi” ilə bağlıdır və Konqres Trampa müəyyən, xüsusi halda sanksiyalarla bağlı addımlar atmağa icazə verməyəcək.

Bundan başqa, Vays qeyd edib ki, ABŞ-ın müttəfiqləri Rusiyanın “G8”-ə (“Böyük səkkizlik”) qaytarılması üzrə Trampın cəhdini çətinliyə sala bilər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ