SON DƏQİQƏ

Şəmkirdə mağazanı yardılar

Tarix:

4-01-2019, 15:42

/ 10 329 dəfə oxundu.
Şəmkirdə mağazanı yardılar

Şəmkirdə mağazadan oğurluq edən şəxslərdən biri saxlanılıb.

GunAz.az xəbər verir ki, ötən il dekabrın 30-da Şəmkir rayon ərazisindəki mağazaların birindən 850 manat pul, enerji içkisi və tütün məmulatı oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub.

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində həmin oğurluğun iki nəfər tərəfindən törədildiyi məlum olub.Şübhəli bilinən şəxslərdən Ömər Məmədov polis əməkdaşları tərəfindən saxlanılıb,daha bir nəfərin isə şəxsiyyəti müəyyən olunub. Faktla bağlı araşdırma aparılır. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ