SON DƏQİQƏ

Mağazadan 7 min manat oğurlayan şəxs tutulub

Tarix:

22-06-2018, 12:12

/ 10 294 dəfə oxundu.
Mağazadan 7 min manat oğurlayan şəxs tutulub

DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə Gəncə şəhəri ərazisindəki kompüter satışı mağazalarının birindən pul oğurlanması və orada yanğın törədilməsi barədə müraciət daxil olub.

DİN-dən Gunaz.az-a verilən məlumata görə, dərhal hadisə yerinə gələn Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və mağazadan 7000 manat pulun oğurlandığı, habelə oradakı 1 ədəd kompüter və onun hissələrinin yandırıldığı müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Gəncə şəhər sakini Fərid Cəfərov olduğu məlum olub. Mağazadan oğurlanmış həmin məbləğdə pul maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ